Arxiv və Ofis işləri üzrə Köməkçi | Banco.az
FINCA Azerbaijan

Arxiv və Ofis işləri üzrə Köməkçi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının QAZAX filialı üçün Arxiv və Ofis işləri üzrə Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Arxiv üzrə Köməkçi vəzifəsi üçün tələb olunanlar:

  • Ali və ya texniki təhsil;
  • Kompüter bilikləri (MS Office) və  çapetmə bacarığı;
  • İşgüzarlıq və  aktivlik;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Bu vəzifə üçün iş təcrübəsi mütləq deyildir.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 Aprel  2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№203/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

 Ünvan: Qazax, S.Arıxov küç.

Telefon: (055) 455 25 81: (044) 279 00 14

Ən sərfəli krediti almaq üçün müraciət et