“Yaz hədiyyəsi” kampaniyası | Banco.az

“Yaz hədiyyəsi” kampaniyası

Bank VTB (Azərbaycan) öz müştəriləri üçün “Yaz hədiyyəsi” adlı yeni depozit aksiyasına start verib . Bu aksiya çərçivəsində “Zəmanətli” depoziti üzrə 12 ay müddətinə əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaq.

Aksiyanın şərtlərinə əsasən hədiyyə bonusları sayəsində “Zəmanətli” əmanətin faiz dərəcəsi 12%-ə çatacaq. Bu fazilər rüblük ödənildiyi halda mümkün olacaq. Faizlər aylıq ödənildikdə   əmanətin faiz dərəcəsi 11% təşkil edəcək. Bonuslar depozit müddətinin sonunda ödəniləcək. Aksiya çərçivəsində müştərilər 100 min manat və ya 125 min dollara qədər pul vəsaiti yerləşdirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

 «Bu şərtlər həm manat, həm dollarla olan depozitlər üçün eynidir. Beləliklə, biz müştərilərimizə öz vəsaitlərini ən sərfəli, zəmanətli şərtlərlə yerləşdirmək imkanı yaradacaq. Bankımızın “Yaz hədiyyəsi” vəsaitlərini artırmaq istəyənlər üçün əla fürsətdir”, - deyə, bank VTB (Azərbaycan)-ın pərakəndə bizmesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.

Aksiya  30 aprel 2015-ci il tarixinədək davam edəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et