Təyinatlı istehlak kreditlərindən siz də faydalanın! | Banco.az

Təyinatlı istehlak kreditlərindən siz də faydalanın!

Bank VTB (Azərbaycan) sərfəli faiz dərəcəsi ilə qaytarılma müddəti 60 ayadək olan girovlu istehlak kreditləri təklif edir. Bu barədə bank tərəfindən saytımıza daxil olan məlumatda bilidirilir. 

Məlumat üçün qeyd edək ki, artıq istənilən şəxs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, 6 aydan 60 ayadək müddətə illik faiz dərəcəsi 22%-dən başlayan kredit ala bilər. Nəzərinizə çatdıraq ki, kreditin minimal məbləği 3000 manat, maksimal məbləği isə 50 000 manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Ban VTB (Azərbaycan) ASC-nin  Pərakəndə biznes idarəsi rəisinin vəzifələrini icra edən Pərviz Qurbanov: “Bu, təyinatlı istehlak kreditidir. Məhsulun yeni şərtləri müştərilərimizə borcun tətbiqi üçün geniş imkanlar açır. Qeyd edim ki, kreditin qaytarılma müddəti 36 aydan 60 aya qədər uzadılıb ki, bu da məhsulumuzu rentabelli və rəqabətədavamlı edir”, deyə qeyd etdi.

Ən sərfəli krediti almaq üçün müraciət et