Rabitəbank sahibkarlar ücün "Biz gəldik!" kredit kampaniyasına start verdi | Banco.az

Rabitəbank sahibkarlar ücün "Biz gəldik!" kredit kampaniyasına start verdi

Rabitəbank yeni "Biz gəldik!" kampaniyasına start verdi. Azərbaycanın bütün regionlarını əhatə edəcək kampaniyanın məqsədi kiçik və orta biznesin dəstəklənməsi, sahibkarların kredit imkanları barədə geniş məlumatlandırılması və sərfəli şərtlərlə əməkdaşlığın qurulmasıdır.

"Biz gəldik!" kampaniyası çərçivəsində Rabitəbank nümayəndələri sentyabrın 19-21 tarixlərində Quba, Qusar, Xaçmaz bölgəsində yüzlərlə sahibkarla səmərəli görüşlər keçirmiş, biznes təmsilçilərini yerləşdiyi məkanlarda səfər edib bankın biznes kreditləri məhsulları barədə ətraflı  məlumatlandırmışlar.

Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini öz strategiyasında əsas tutan Rabitəbank biznes sahibləri üçün dövriyyə vəsaitinin artırılması və biznesin inkişafı məqsədilə 5 ilə dək müddətinə müxtəlif kredit məhsullarını təklif edir. Ölkənin əksər regional mərkəzlərində xidmət şəbəkəsinə sahib olan Rabitəbank iqtisadiyyatın bir çox sahələri, o cümlədən sənaye, ticarət, xidmət, kommunikasiya və kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirməsində uzun müddətli təcrübəsi var.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir. Bank əhaliyə geniş spektrdə xidmət göstərməklə yanaşı, orta və kiçik  sahibkarlığa istiqamətlənmiş bir çox məhsullar təklif edir və öz inkişafını bu istiqamətdə genişlədirir. 30 avqust tarixinə Rabitəbankın aktivləri 268 milyon AZN, məcmu kapitalı 53 milyon AZN və mənfəəti 2 875 AZN təşkil etmişdir. Müştərilərə verilən kreditlər  ilin əvvəli ilə müqayisədə 21% artaraq 196 milyon AZN,  əmanətlər 41% artaraq 133 milyon AZN təşkil etmişdir.

Hazırda Rabitabank ASC -ın 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. POS Terminalların sayı - 453, bankomatların sayı - 46 təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et