PAŞA Bank müştərilərin itkilərinin əvəzini ödəyəcək | Banco.az

PAŞA Bank müştərilərin itkilərinin əvəzini ödəyəcək

PAŞA Bank 21 dekabr tarixdə valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək.

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – müştərilərin 21 dekabr 2015-ci il tarixdə valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kart üzrə əməliyyatlar nəticəsində hesabdan əlavə məbləğin silinməsi ilə bağlı müraciətlərini nəzərdən keçirib. PAŞA Bankın İdarə Heyətinin qərarına əsasən, artıq manatın məzənnəsi dəyişdikdən sonra silinmiş vəsaitlərin hesablardakı qalıqlarında yaranan fərq Bank tərəfindən ödəniləcək və müştərilərin hesablarında bərpa olunacaq.

Beynəlxalq ödəmə sistemlərinin qaydalarına görə, əməliyyat aparılan anda hesabdakı vəsaitlər sadəcə əməliyyat gününün məzənnəsi ilə bloklanır. PAŞA Bankın Baş kommersiya direktoru Melih Mengünün sözlərinə görə, vəsaitlərin hesabdan silinməsi isə bir müddət sonra, adətən 5 iş günü ərzində (digər tərəflərdən ödəmə tələbnaməsinin Banka daxil olduğu vaxtdan asılı olaraq) vəsaitlərin silindiyi günün məzənnəsi ilə baş verir.

M.Mengü, yekunlaşdıraraq bildirmişdir ki, “Buna baxmayaraq, Bank müştərilərində yaranan çətinliklərin həllinə məsuliyyətlə yanaşır. Vəziyyəti və manatın zəifləməsi effektini təhlil edib, onlara valyuta məzənnələrinin dəyişməsi effektinin minimuma endirilməsində köməklik göstərmək üçün müvafiq tədbirlər görmüşük”.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et