Kapital Bank hərbçilərə 2% endirimlə kredit kampaniyası təqdim edir | Banco.az

Kapital Bank hərbçilərə 2% endirimlə kredit kampaniyası təqdim edir

Kapital Bank 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə 19 – 30 iyun tarixləri aralığındahərbçilərə güzəştlə yeni kredit kampaniyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən hərbçilərə illik faiz dərəcəsində 2% endirimedilir. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0% təşkil edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç