ExpressPay ödəniş terminalı yeni xidmət təklif edir | Banco.az

ExpressPay ödəniş terminalı yeni xidmət təklif edir

ExpressPay ödəniş terminallarına Nikoil bankın kredit ödəmələri əlavə olunub. Artıq müştərilər bu banka olan mövcud kreditlərini terminallarda ödəyə bilərlər.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Bakcell və NarMobile mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, Azərsu, Ailə TV və Ailə Net, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri, BTRİB, AzEuroTel, Bakinternet, AzDataKom, Aztelekom və AztelekomNet (Bakı, Abşeron və Sumqayıt), həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

Ən sərfəli krediti almaq üçün müraciət et