Expressbank kreditlərin onlayn ödənişini təqdim edir. | Banco.az

Expressbank kreditlərin onlayn ödənişini təqdim edir.

Dinamik inkişafda olan Expressbank müştərilərinə yeni xidmət növünü təqdim edir. Bu, kredit borclarının rahat və operativ ödənişini təmin edən – onlayn kredit ödənişi xidmətidir. Xidmətdən dünyanın istənilən nöqtəsindən, sizə ən uyğun zamanda bankın korporativ saytı - http://www.expressbank.az/ vasitəsilə istıfadə etmək olar. Proyekt iki yerli prosessinq mərkəzləri olan Millikart və Azerikartla birgə hazırlanmışdır.

Xidmətdən istifadə etmək üçün bank sistemində olan İD kod və şəxsiyyət vəsiqəsinin PİN kodunu bilmək kifayətdir. Bundan əlavə, müştəri bütün kredit borcları haqqında məlumat əldə edə və seçdiyi kredit borcu üzrə ödəniş apara bilər.

Ən sərfəli kredit üçün müraciət et

 “Expressbank”-ın bu və digər kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar. Həmçinin bankın Facebook (http://www.facebook.com/Expressbank) sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqla daim bank yenililərindən xəbər tutmaq olar.

Ən sərfəli krediti almaq üçün müraciət et