“DəmirTaksit” istifadəçilərin sayı artıq 24 minə çatıb | Banco.az

“DəmirTaksit” istifadəçilərin sayı artıq 24 minə çatıb

“DəmirBank” tərəfindən təqdim edilən “DəmirTaksit” kart istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, “DəmirTaksit” kart istifadəçilərinin sayı artıq 24 minə çatıb.

“DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür.

“DəmirTaksit” kartlarının üstünlüklərindən biri kartın heç bir partnyor şəbəkəsindən asılı olmamasıdır ki, bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir. Digər üstünlüyü isə istənilən zaman nağdlaşdırma imkanının olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

“DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur. Bununla yanaşı, müştərinin “DəmirBank”dan  əldə etdiyi  “DəmirTaksit” kartlarının  avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulma imkanı var. Bu  xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.  

Kartı əldə etmək üçün təminat tələb olunmur və minimal aylıq xalis gəlir tələbi 100 AZN-dir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et