DəmirBank oktyabr ayının nəticələrini elan edib | Banco.az

DəmirBank oktyabr ayının nəticələrini elan edib

DəmirBank-ın aktivləri 1 noyabr 2013-cü il tarixinə 389,7 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 14,2 mln. manat və ya 5% artaraq 300 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 noyabr 2013-cü il tarixinə 177,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 noyabr 2013-cü il tarixinə 149,6 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 19,2% və ya 24,1 mln. manat çoxdur.

Bankın 1 noyabr 2013-cü il tarixinə məcmu kapitalı isə 58,7 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2014-cü il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et