Bank VTB (Azərbaycan) rubl əmanətlərinin qəbuluna başlayıb | Banco.az

Bank VTB (Azərbaycan) rubl əmanətlərinin qəbuluna başlayıb

Bank (VTB) Azərbaycan iki depozit məhsulu üzrə şərtləri yeniləndirib ki, bu da əhalidən əmanətləri manat və dollarla yanaşı, rublda da qəbul etməyə imkan verəcək. ”Sərfəli” və “Universal” əmanətlərinin valyutası ilə yanaşı faiz dərəcələrində və digər şərtlərində də dəyişikliklər edilib. Hər iki əmanət Azərbaycan və xarici vətəndaşlarolan fiziki şəxslər üçün nəzərdə tutulub.

İndi “Sərfəli” əmanətini açmaq üçün minimal məbləğ 100 AZN/USD və 5000 RUB, minimal müddət isə cəmi 1 ay təşkil edir. Əmanətin maksimal müddəti 24 aydır. “Sərfəli” manat əmanəti üzrə maksimal faiz dərəcəsi illik 14%, 1 aylıq əmanət üçünsə illik 10% təşkil edir. Dollar əmanəti üçün müddət 24 ay olduqda faiz dərəcəsi illik 6% (12 aylıq əmanətdə - 5,5%), 1 aylıq əmanət üçün illik 1,5% təşkil edir. Rubl əmanətində faiz dərəcəsi 12 ay və 24 ay üçün eynidir və illik 10%-ə bərabərdir (1 aylıq depozitdə - illik 6%).

Yığım əmanəti olan “Unversal” üzrə minimal müddət 3 ay, maksimal – 36ay təşkil edir. Əmanətin valyutası manat olduqda müddətindən asılı olmayaraq faiz dərəcəsi illik 12%-dir. Dollar əmanətində maksimal faiz dərəcəsi 7%-ə bərabərdir (12 aylıq əmanət üçün – 5,5%). O ki qaldı rublda olan əmanətə, Rusiya valyutası ilə əmanəti 12 aylıq illik maksimal 8,5%-ləyerləşdirmək mümkündür.

“Unversal” əmanəti üzrə yeni şərtlərə əsasən, manatəmanətinin bütün müddəti ərzində minimal məbləğ 50 AZN olmaqla depozitə vəsait əlavə etmək mümkündür. Dollar və rublla əmanəti ilk 6 ay ərzində minimum 50 USD/1000 RUB artırmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Hər iki əmanət üzrə hesablanmış faizləribankomatdan götürmək üçün müştəriyə bonus qismində pulsuz depozit kartı təqdim olunur. Bank VTB (Azərbaycan)-da açılmış əmanətlərin əsas üstünlüyü budur ki, VTB Qrupunun güzəşt şəbəkəsinin istənilən bankomatında bu kimi əməliyyatlar aparıldıqda müştəri əlavə komissiya ödəmir. Belə ki, rubl əmanəti üzrə yüksək illik faiz dərəcəsini və faizləri əlavə komissiyasız çıxarmaq imkanı nəzərə alındıqda, bu əmanətlər  rubl vəsaitləri olan və tez-tez Rusiyaya səfər edənlər üçün çox sərfəlidir. VTB qrupunun güzəştli şəbəkəsinə VTB24, Moskva Bankı, Leto Bank, Bank VTB (Gürcüstan), Bank VTB (Ukrayna), Bank VTB (Qazaxıstan) və BankVTB (Belarus) kimi bankların çoxsaylı filial və şöbələri daxildir.

“Bank VTB (Azərbaycan) müştərilərinə çevik və sərfəli şərtlərlə  əmanətlər təklif edir. Beynəlxalq maliyyə qrupunun bir üzvü kimi üstünlüklərimizdən istifadə etmək üçün müştərilərimizəşərait yaradırıq. Bank daim bu istiqamətdə fəaliyyət göstərir və müştərilərinə, o cümlədən fəaliyyət göstərdiyimiz ölkələrə, ilk növbədə də Rusiyaya daim səfər edən və ya orada yaşayanları nəzərdə tutan məhsullar təqdim edirik”, – deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri YuriYakovlev bildirib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et