Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib | Banco.az

Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib

10 fevral 2016-cı il tarixində Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et