Azərbaycan Beynəlxalq Bankında Novruz kampaniyası | Banco.az

Azərbaycan Beynəlxalq Bankında Novruz kampaniyası

Azərbaycan Beynəlxalq Bankı öz müştəriləri üçün xoş Novruz sürprizləri hazırlayıb. Novruz bayramı münasibətilə 13 mart 2017-ci il tarixindən 31 mart 2017‑ci il tarixinə qədər Bankda 2 güzəştli kampaniyaya start verilir. Bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində Bankda manat depoziti yerləşdirən müştərilərinillik depozit faizlərinə 1% əlavə olunacaq. Azərbaycan Beynəlxalq Bankında depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.

Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə VISA və MasterCard Gold və Platinum kartlarını 50 %endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində Gold kartlarını cəmi 15, Platinum kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün MobilBank vəİnternetBank tam pulsuzdur. Kampaniyalar barədə ətraflı: https://www.ibar.az/individual/novruz-qazanciniz-bol-olsun/

Ən sərfəli kredit üçün müraciət et

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et