AtaBankın dəstəyi ilə Qurban Bayramı qeyd olunub | Banco.az

AtaBankın dəstəyi ilə Qurban Bayramı qeyd olunub

“AtaBank”  ASC  və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən qarşıdan gələn Qurban bayramı münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri Nəsimi rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibəti ilə təşkil etdiyi bayram tədbiri olmuşdur.

Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 2000-dən çox ailəyə qurban payları təqdim edilmişdir.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərdə iştirak etmək əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğısına ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et