“AtaBank” investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsinə davam edir | Banco.az

“AtaBank” investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsinə davam edir

“AtaBank” ASC iyulun 25-də  İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak etmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak etmişdir.

2014-cü il ərzində  “AtaBank” ASC   vasitəsilə sahibkarlıq subyektlərinə 17,125 milyon manat güzəştli kredit verilmişdir.

Qeyd edək ki, "AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi  bank tərəfindən 93 milyon manat güzəştli kredit verilib.  

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com  www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et