“AtaBank” ASC «Visa imtiyazlar dünyasını kəşf et!» kampaniyasına start verdi. | Banco.az

“AtaBank” ASC «Visa imtiyazlar dünyasını kəşf et!» kampaniyasına start verdi.

Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə «AtaBank» ASC  « VISA International » təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb. «Visa imtiyazlar dünyasını kəşf et!» aksiyası dekabrın 20-dək davam edəcək. Bankın filiallarında bütün növ «Visa Premium» (Gold və Platinum) kartları sifariş edən müştərilərə «MyBrands» mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək. Aksiyadan əvvəl sifariş edilmiş «Visa Premium» kartları da «MyBrands» mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə kuponsuz 10% endirim əldə edəcək. Aksiyanın bütün iştirakçılarına əlavə olaraq «MyBrands» mağazalar şəbəkəsində hər zaman 5% endirim əldə etmək imkanı verən «MyBrands Standart» kartı hədiyyə veriləcək. Kuponlardan yalnız 1 dəfə istifadə etmək olar. Kuponlar 2014-cü il yanvarın 15-dək etibarlıdır. MyBrands mağazalar şəbəkəsinə United Colors of Benetton, bebe, Sisley, Accessorize, Tommy Hilfiger, Monsoon, Adidas, Nike, Nine West, Coast və s. mağazalar daxildir.Aksiyanın şərtləri www.mybrands.az/ru/shops və ya www.facebook.com/VisaAzerbaijan sosial şəbəkələrində qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et