“AtaBank” ASC öz stabilliyini qorudu | Banco.az

“AtaBank” ASC öz stabilliyini qorudu

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın aparıcı banklarından biri olan "AtaBank" ASC-nin qısamüddətli reytinqini "B" səviyyəsində "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləmişdir.

“Fitch Ratings” agentliyi “AtaBank” ASC-nin reytinqini qiymətləndirərkən korporativ idarəetmədə müsbət təcrübəsini, yüksələn gəlirliyi  və  daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdür.

Qeyd edək ki, reytinq agentliyi "AtaBank" ASC-nin reytinqini öncə 2012-ci ildə  müəyyənləşdirmiş və ən son 2015-ci ilin mart ayında təsdiqləmişdir.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et