Lombard - vətəndaşlara daşınar əmlakı girov qoymaqla qısa müddətlik pul krediti verən xüsusi kommersiya təşkilatıdır.
Lombardın əsas fəaliyyəti vətəndaşlara qiymətli metal, məişət avadanlığı, avtonəqliyyat qarşılığında borca pul verməkdir. Bu fəaliyyət növü ilə ənənəvi olaraq, xüsusi lombard müəssisələri məşğul olurdu.
