2017-ci ilin yanvar-iyun ayı ərzində sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanmışdır.
Banco.azportalı MBNP-yə istinadən xəbər verir ki, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 124 milyon 410 min manat təşkil edib.
Cari ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.
