Geniş xidmət şəbəkəsi və müştərilərinə təqdim etdiyi müasir həllərlə ölkənin maliyyə sektorunda əhəmiyyətli rol oynayan Kapital Bank, həmçinin gənc kadrların inkişafına və cəmiyyətin rifahına yönəlik müxtəlif layihələr həyata keçirir. Xüsusən təhsilə dəstək istiqamətində bir çox layihələrlə gündəmə gələn bank, tələbələrin peşəkar kadr kimi inkişaf etdirilməsi mövzusunda ölkənin bir çox ali məktəbi ilə əməkdaşlıq edir.
Tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı təlimlər keçirilib

