15 fevral 2026-cı ildən 15 fevral 2027-ci ilədək Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycan Respublikasının ərazisinə vizasız qaydada daxil ola biləcəklər.
Banco.az xəbər verir ki, qərara əsasən, adıçəkilən ölkələrin vətəndaşları bir il ərzində Azərbaycana 3 dəfə vizasız səfər etmək hüququna malikdirlər. Hər giriş zamanı ölkədə qalma müddəti 30 günə qədər müəyyən edilib.
Bildirilib ki, qeyd olunan dövlətlərin vətəndaşları 4-cü dəfə ölkəyə daxil olmaq istədikləri təqdirdə etibarlı viza təqdim etməlidirlər.
