Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bank hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni “PAŞA Biznes” mobil tətbiqini təqdim edir. Bu tətbiqlə Android cihazı istifadə edən müştərilər PAŞA Bankın Onlayn Bank platformasında həyata keçirdikləri əməliyyatları artıq öz smartfonları vasitəsi ilə yerinə yetirə biləcəklər.
PAŞA Bank biznes sahibləri üçün yeni mobil tətbiqi təqdim edir
