Onlayn alış-veriş və ya xarici ölkələrə səyahət zamanı xarici valyutaya ehtiyac yaranır. Xarici valyutalı əməliyyat həyata keçirərkən valyutanın konvertasiyası üçün əlavə komissiya tutulur. Digər bir çıxış yolu isə xarici valyutalı kart əldə etməkdir ki, əlavə komissiya ödənilməsin. Lakin hazırki dövrdə bankların yeni multivalyutalı kart məhsulu var ki, bu zaman bir kartda 3 və ya 4 valyutada pul saxlamaq mümkündür. Eyni zamanda bu kartlarda korvertasiya haqqı da tutulmur.
Hansı banklar multivalyutalı kartlar təklif edir?

