Qışda Avropada getməli və gəzməli 10 YER | Banco.az

Qışda Avropada getməli və gəzməli 10 YER

Qış Avropa səyahətləri üçün ən münasib  vaxtdır, burada üzü cənuba həm havalar istidir, həm də ki, yaydakı qədər turist izdihamı yoxdur. Banco.az qışda mükəmməl tətil keçirə biləcəyiniz 10 Avropa məkanını sizə təqdim edir.

1. Alqarvi (Portuqaliya)

Algarvi —  Portuqaliyanın cənub sahillərində regiondur. Qışda burda üzmək üçün soyuq olsa da, səhər vaxtlarında rahatca qısa-qollu köynəklərdə gəzmək mümkündür. Marinya çimərliyinə baş çəkin, burada gözəl sıldırımlar və qayalar görəcəksiniz. Albufeyra şəhərinə baş çəkin, burada çoxlu ağ daxmalar və britaniya publarına rast gələcəksiniz, onlarda boş yer tapmaq çox asan olacaq. San Visente ərazisindəki bürcə və mayaka baxmaq üçün,  Saqreşə baş çəkməyi unutmayın.

 

2. Amsterdam (Hollandiya)

Əgər siz şimalda yaşayırsınızsa, Amsterdam sizə daha mülayim görünə bilər. Səyahəti şəhərin mərkəzindəki gəzinti ilə başlayın, məşhur kanallar boyu qapalı qayıqlarda dolaşın, burada dekabr –yanvar aylarında keçirilən festivalı ziyarət edin. Gördünüz ki, üşüyürsünüz məşhur muzeylərə girin, sonra isə rahat bir kafeyə isinməyə gedi.

 

3. Siciliya

Qışda düzənlikdə temperatur 15-18 dərəcə selsi arasında dəyişir. Yay aylarından fərqli olaraq, çox saylı turist dəstələri olmadan şəhərlərin bir çox yerlərini görmək üçün yaxşı bir vaxtdır. Sizakuzanın, dar küçələrində  gəzintiyə çıxın, Palermonun köhnə kilsələrinə baş çəkin, məşhur Etna vulkanına qalxın.

 

4. Kipr

Kiprdə il ərzində günəşli günlərin sayı 340-dır.  Mövsümlər arası tətil üçün çox münasib yerdir. Qışda turistlərin sayı yaydakı ilə müqayisədə 5-6 dəfə azdır. Burada qədim Kurion və Pafos şəhərlərinin qalıqlarını görmək olar. Ya da sadəcə adanın sahillərində gəzmək, velosipedlə yürüşə çıxmaq və ya Troodos dağında xizəkdə sürüşmək olar.

 

5. Barselona

Qış aylarında Barsolnanın havası çox münasibdir,  10-15 dərəcə Selsi piyada gəzintilər üçün çox yararlıdır, bəzən yağış töksə də, əksər günlərdə hava günəşlidir. Turistlər çimmək və günəşdə qaralmaq üçün çimərliyə gedir və bəziləri isə sörfinqlə vaxt keçirirr. Məşhur seyrəngahların siyahısı kiçikdir - bu Park Guell ətrafında gəzinti, Sagrada Familianıı ziyarət etmək, Antoni Gaudi-nin məşhur evlərini araşdırmaq üçün yaxşı bir vaxtdır. Bundan əlavə yanvar və fevral aylarında böyük endirimlər olur.

 

6. Mayyorka

Qış aylarında küçədə havanın tempraturu 11-13 dərəcə Selsidir. Deya, Fornaluçi və Valdemossa kəndlərinə getməyə dəyər, siz burada rəngarəng landşaftlar, rəssam evləri, yerli dükanlar və qədimi monastrlar tapacaqsınız. Əylənmək istəyirsiniz? Palmaya gedin -  bu liman-adanın ən böyük şəhəridir. Otellərin qiyməti yay ayları ilə müqayisədə 1.5-2 dəfə adaha azdır.

 

7. İslandiya

Qışda İslandiyada qütb parıltısını görmək şansı daha çoxdur, nəinki yayda. Həmçinin bir çox bulaqlar donur ki, bunun sayəsində kristal mağaralar əmələ gəlir. Mütləq Mavi gölü ziyarət etmək lazımdır – bu isti suya malik təbii basseyndir. Həmçinin Tinqvellir kəndini ziyarət etməyə dəyər, burada vikinqlərin əcdadları yaşayıb. Orada indi göllər və şəlalələr var.  Adanın təbiəti unikaldır.  

 

8. İsveçrə

Xizək sezonunun ən qaynar vaxtıdır. Səyahət bahalı olacaq, amma əvəzində siz Tsermatt, Verbyeç Sant- Morits və digər dağ-xizək kurortlarının romantik abu-havasına qərq olacaqsınız. Gözəl İsveçrə şəhərlərini də unutmaq olmaz: Jeneva, Tsürix, Lozanna, Bazel və Bern.

 

9. Portu

Portu – Avropanın ən mənzərəli şəhərlərindən biridir, onun tarixi mərkəzi UNESCO tərəfində beynəlxalq irs kimi qorunur. Mütləq yerli restoranlara baş çəkin, burada dəniz məhsullarının, ət, qarnir və tərəvəz porsiyaları çox səxavətlidir.  Yerli port muzeyinə, 75 metr hündürlüyü olan Kleriquş qülləsinə və dünyanın ən gözəllərindən olan Livraria kitab dükanına baş çəkməyi unutmayın.

 

10. Kopenhagen

İlin istənilən fəslində çox parlaq şəhərdir. Burada sıxılmaq mümkün deyil. Yerli kafelərdə siz ənənəvi balıq buterbrodları yeyə bilərsiniz. Mütləq Hans Xristian Anderson muzeyinə, Milli Danimarke Muzeyinə və hippi şəhəri Xristinaiyaya baş çəkin

Oyster.com əsasında yazılıb.