Hansı bankda Yığım depoziti aça bilərik? | Banco.az

Hansı bankda Yığım depoziti aça bilərik?

Pul yığa bilmək heç də hər kəsin bacara bildiyi bir şey deyil. Yastıq altında saxladığınız pul nə qədər əlçatandırsa, onu xərcləmək bir o qədər yaxındır. Bu səbəbdən yaxşı olardı ki, pulunuzu banka əmanət edəsiniz. İndiki iqtisadi şərait insanların gözünü qorxudur. Lakin əmanət deyildikdə söhbət heç də milyon manatlardan getmir. Qazancınızdan çox kiçik bir məbləğ ayırıb pulunuzu yığa bilər və sonda hədəfinizə çatmış olarsınız. Bunun üçün bankların Yığım Əmanəti xidmətindən istifadə edə bilərsiniz. 

Yığım Əmanəti növü sayəsində siz,  minimal bir məbləğ ilə bankda depozit açmaq, daha sonra aylıq əlavələr etməklə həmin məbləği artırmaq imkanına malik olacaqsınız. Bəzi banklarda hər ay əlavə yatırım etmək mütləq tələb olunmur, amma müştərini stimullaşdırmaq üçün AccessBank və Unibank kimi banklar əlavə bonus faizlər təqdim edir. Yəni öncədən planlaşdırılmış şəkildə məbləği artırdıqda, siz əlavə 1-2% bonus faiz qazanırsınız. 

Aşağıdakı cədvəldə bankların 1 illik yığım depozitləri ilə tanış ola bilərsiniz. Təqdim edilən faizlər müddətin sonunda ödənilən faiz dərəcələridir.

Bank

Əmanətin adı

Minimal ilkin əmanət

Minimal aylıq əmanət:

AZN

USD

EUR

*Caspian Development Bank

“Salxım” əmanəti

10

-

8%

2%

1%

AccessBank

"Yığım əmanəti"

50

5

12%+1% bonus

3%+1% bonus

1,5%+1% bonus

Expressbank

"Mücrü" əmanəti

50

10

12%

7%

1,50%

Amrahbank

"Daxıl əmanəti"

50

50

11%

8,3%

-

Unibank

"Yığım əmanəti"

50

10

7%+2% bonus

- -

*Bank BTB

"Proqressiv" əmanəti

100

-

16%

6%

-

Nikoil Bank

"Sabit Əmanət"

100

50

14%

8%

6,5%

Bank of Baku

"Dinamik" əmanəti

100

100

13%

6%

-

Kapital Bank

"Kapital" depoziti

100

100

13%

4%

0,5%

VTB Bank Azərbaycan

"Universal" Əmanət

100

50

12%

3%

 

Dəmirbank

"Qırmızı" əmanət

100

50

11%

6%

-

Bank Avrasiya

"Yığım əmanəti"

100

100

7%

1%

0,25%

*AGBank

"Yığım əmanəti"

100

-

6%

- -

Xalq Bank

"Sandıqça əmanət"

100

-

4,50%

2,25%

-

Rabitəbank

"Universal Plus" Əmanəti

200

-

12%

3%

1,5%

Bank Respublika

"Yığım əmanəti"

200

-

11%

1,25%

-

Atabank

"Yığım əmanəti"

1000

200

10,5%

7.5%

3.5%

*NBC Bank

"Universal depozit"

Minimal məbləğ
 nəzərdə tutulmayıb

-

14%

7%

7%

Ən sərfəli kredit üçün müraciət et

*Caspian Development Bank - Minimum məbləğ qoyuluşunda məhdudiyyət yoxdur.

*AGBank -  Minimal aylıq əmanət 20.000 AZN məbləğinədək depozitlər üzrə əlavə vəsait qoyuluşu zamanı 10.000 AZN məbləğinədək, 20.000AZN məbləğindən artıq depozitlər üzrə əlavə vəsait qoyuluşu zamanı ilkin qoyulan depozit məbləğinin 50%-i ölçüsünədək olmalıdır.

*Bank BTB - Minimal aylıq əmanət bankın filial şəbəkəsində nağd ödənişlə min. 20 AZN/USD olmalıdır. Online ödənişdə isə məhdudiyyət yoxdur.

*NBC Bank - Minimal aylıq əmanət maksimum əmanətin 100% həcmində olmalıdır. Minimal məbləğ tələbi yoxdur.

Qazancınız və gəlirinizin bol olsun, əziz oxucularımız :)