Sevgililər günü yaxınlaşır. Bu gün, xüsusilə qadınlar diqqət və qayğı ilə əhatə olunmağı sevir. Lakin, bəylər də belə xüsusi günlərdə nə qədər çox sevildiklərini bilmək istəyirlər.
Onları sevindirməyin və sevginizi göstərməyin ən yaxşı yolu isə zövqlə seçilmiş hədiyyələrdir. Hədiyyə seçimlərini müəyyənləşdirərkən dostlarımıza, atalarımıza, həmçinin iş yoldaşlarımıza eyni sualı ünvanladıq.
Bu bayram, ən çox hansı hədiyyəni istəyərsiniz?
Beləliklə, kişilərin bəyənə biləcəyi 10 hədiyyəni seçdik.
1. Içki dəsti. Əgər hədiyyə etməyi planlaşdırdığınız şəxs içkiləri sevirsə, onda bu hədiyyə məhz onun üçündür. Müxtəlif ölkə istehsalı olan 5 içki növü (viski, çaxır və s,) yəqin ki, onun sevinməsi üçün əla səbəb olacaq.
2. Qırmızı, isti, kaşmir sviter. Oğlanlar daha çox istifadə edə biləcəkləri, yəni işlərinə yaraya biləcək hədiyyələri sevirlər. Rəngi, hədiyyə verdiyiniz şəxsin yaşından və zövqündən asılı olaraq dəyişə bilərsiniz.
3. Zövqlü, kiçik yük çantası. Əgər sevdiyiniz şəxs səyahət etməyi sevirsə, bu seçimi mükəmməl adlandırmaq olar. O, bu hədiyyəni həftəsonu səyahətləri zamanı, həmçinin idman zalına gedərkən, geyimlərini qoymaq üçün istifadə edə bilər.
4. Əla hazırlanmış şam yeməyi və ya onun çox sevdiyi restorana masa rezervasiyası da maraqlı seçim ola bilər. Heç olmasa hesabı bir dəfə də siz ödəyin. :)
5. Keyfiyyətli dəridən hazırlanmış pul qabı. Kişilərin çoxu yeni portmane almağı izafı xərc kimi qəbul edir. Lakin bu o demək deyil ki, onlar yeni və keyfiyyətli pul qabı istəməzlər.
6. Onu idman yarışına və ya hansısa konsertə olan biletlə təccübləndirin. Əşyaları deyil, xatirələri toplayın! Birlikdə əyləncəli zaman keçirməkdən daha dəyərli nə ola bilər ki? Siz həmçinin bura 1 günlük rayon turu biletini də əlavə edə bilərsiniz.
7. Qulaqcıq. Bu qulaqcıqlarla ona sizi xatırladacaq musiqiləri dinləyə biləcəklər. Keyfiyyətli səsləndirmə sisteminə sahib olan qulaqcıqlar onun könlünü oxşayacaq.
8. GoPro Hero4 kamera vasitəsilə birlikdə yaşadığınız məcarəları əbədiləşdirin. Yəqin ki, bir çox səyahət və adrenalin aşiqləri bu hədiyyənin nə qədər möhtəşəm olduğu fikri ilə razılaşar.
9. Kababı, eləcə də, pikniki sevən bəylər üçün unikal hədiyyədir. Daha çox ortayaşlı kişilərin bəyənə biləcəyi bir seçimdir. Bundan sonra, piknik etmək üçün səbəbləriniz çoxalacaq və dadlı istirahətdən zövq alacaqsınız.
10. Səyahət idmanını sevənlər üçün bir neçə hədiyyə seçimi fikirləşmişik. Buraya çadır, yaxşı idman ayaqqabıları və ya gecələmək üçün xüsusi yataq dəsti daxildir. Seçim etməyi isə, siz xanımların öhdəsinə buraxırıq.