OOO “AzInTelecom” запускает новую платформу AzInCloud | Banco.az

OOO “AzInTelecom” запускает новую платформу AzInCloud

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC hər kəsin bulud xidmətlərindən istifadə edə biləcəyi yeni AzInCloud platformasını istifadəyə verib.

 Ölkənin ən böyük bulud provayderi olan AzInTelecom bu platforma çərçivəsində müasir texnologiyalar əsasında bulud xidmətləri təqdim edir. Platforma tam idarə olunan infrastruktur, təhlükəsiz məlumatların saxlanması, yüksək səviyyəli kibertəhlükəsizlik və 24/7 istifadəçi dəstəyi təklif edir. “Getdikcə ödə” prinsipi ilə fəaliyyət göstərən yeni platforma istifadəçilərə rahat bulud idarəetməsi, hazır əməliyyat sistemləri, bulud bazarı və monitorinq imkanları təqdim edir. İstifadəçilərə resurslarına və tələblərinə uyğun olaraq hazırlanmış xüsusi paketlər təklif olunur.

AzInCloud özünəxidmət platforması bütün qurumlar, iri şirkətlər, kiçik və orta biznes, fərdi sahibkarlar və fiziki şəxslər üçün açıq bulud xidmətidir. İstifadəçilər müştəri xidmətləri mərkəzinə gəlmədən bir neçə dəqiqə ərzində www.azincloud.az saytında onlayn qeydiyyatdan keçməklə öz bulud infrastrukturunu yarada bilərlər .

Ən sərfəli kredit üçün müraciət et

AzInCloud platformasının əsas vəzifəsi rəqəmsal transformasiyanı təşviq etmək, biznes və vətəndaşların rəqəmsallaşma prosesində iştirakını gücləndirməkdir. Ətraflı məlumatı platformanın saytından əldə etmək olar.

Qeyd edək ki, “AzInTelecom” MMC hazırda iki müasir data mərkəzi vasitəsilə bulud xidmətləri göstərir. Hər iki məlumat mərkəzi maksimum təhlükəsizliyə zəmanət verir və beynəlxalq səviyyədə tanınmış TIER 3 sertifikatının standartlarına tam uyğundur.