XalqKart можно приобрести со скидкой | Banco.az

XalqKart можно приобрести со скидкой

Xalq Bank müştərilərin XalqKart-ı endirimlə əldə edə biləcəkləri aksiyaya start verir. XalqKart-la əla təkliflərdən istifadə etmək və əlavə bonuslar əldə etmək istəyənlər üçün yaxşı fürsətdir. Yanvarın 31-dək XalqKart Petrol-u 10 AZN xidmət və ya 50 AZN, XalqKart Cashback isə 10 AZN xidmət və ya 100 AZN ödəməklə əldə edə bilərsiniz. Endirim yalnız manatla olan kartlara şamil edilir.

Xatırladırıq ki, XalqKart Petrol ilə gündəlik alış-veriş edərkən müştərilər həm ölkə daxilində, həm də xaricdə nağdsız ödənişlərə görə 3% bonus alırlar və daha sonra Azpetrol yanacaqdoldurma məntəqələrinin ən böyük şəbəkəsində yanacağa dəyişdirilir. XalqKart Cashback kartı sahiblərinə nağdsız ödənişlər üçün 2% cashback almaq imkanı verir. Hər iki kartın əlverişli şərtləri var:

- hesabın qalığına illik 8% hesablanması;

- yerli bankların kartlarına pulsuz Card to Card xidməti (ayda 5000 manata qədər);

- nağd pulun pulsuz çıxarılması (ayda 1000 manata qədər);

Ən sərfəli kredit üçün müraciət et

- kartın onlayn sifarişi və onun pulsuz çatdırılması.

Cashback/bonusların maksimum aylıq məbləği 300 manatdır. XalqKart-ı https://cardorder.xalqbank.az/ linkinə daxil olaraq və ya Xalq Bank filiallarından onlayn sifariş etmək olar. Bakı daxili çatdırılma pulsuzdur. Kampaniya üçün ayrılmış kartların sayı məhduddur.

Bu il 20 illik yubileyini qeyd edən Xalg Bank hazırda regionun dinamik inkişaf edən maliyyə institutlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi vasitəsilə müştərilərə müasir və sərfəli bank xidmətləri təklif edir.

Xalq Bankın məhsul və xidmətləri haqqında məlumatı Bankın filiallarından, https://www.xalqbank.az/ rəsmi internet saytından , 138 nömrəli məlumat mərkəzinə zəng etməklə, həmçinin Bankın sosial şəbəkələrdəki səhifələrindən əldə etmək olar.