Выгодный автокредит для юридических лиц от Халг Банка | Banco.az

Выгодный автокредит для юридических лиц от Халг Банка

Xalq Bank hüquqi şəxslər üçün sərfəli şərtlərlə avtomobil krediti kampaniyasına start verir. Kampaniya çərçivəsində Autolux Azərbaycanın təqdim etdiyi FIAT Doblo və FIAT Ducato avtomobillərini almaq mümkün olacaq. Bu avtomobillərin praktik dizaynı və texniki xüsusiyyətləri onları biznesiniz üçün ideal seçim edir. Avtomobil krediti 20% ilkin ödənişlə 48 ayadək illik 12% ilə verilir. Daşınmaz əmlakla təminatla kredit götürərkən ilkin ödəniş tələb olunmur. Kampaniya 31 yanvar 2025-ci il tarixinədək keçərlidir və yalnız hüquqi şəxslər üçün keçərlidir.

Həmçinin kampaniya çərçivəsində avtomobil krediti götürən müştərilərə 1 il müddətinə Xalg Bank Visa Business Platinum ödəniş kartı hədiyyə edilir.

Visa Platinum Biznes kartı müxtəlif işgüzar ödənişlər etmək, eləcə də ezamiyyətlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən istifadə etmək imkanı verir - müxtəlif hava limanlarında biznes salonlarına pulsuz giriş, Fast Track xidməti, peşəkar Visa Concierge xidməti və digər imtiyazlar. “XalqOnline” mobil tətbiqi vasitəsilə əməliyyatlara onlayn nəzarət və distant bank xidmətləri həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu il 20 illik yubileyini qeyd edən Xalg Bank hazırda regionun dinamik inkişaf edən maliyyə institutlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi vasitəsilə müştərilərə müasir və sərfəli bank xidmətləri təklif edir.

Xalq Bankın məhsul və xidmətləri haqqında məlumatı Bankın filiallarından, https://www.xalqbank.az/ rəsmi internet saytından , 138 nömrəli məlumat mərkəzinə zəng etməklə, habelə Bankın sosial şəbəkələrdəki səhifələrindən əldə etmək olar.