Volkswagen 8 min avtomobili geri çağırır | Banco.az

Volkswagen 8 min avtomobili geri çağırır

Geri çağırılmaya məruzqalan avtomobillər Volkswagen NFZ Multivan T5 və T6 markalarına aiddir. Çağırış 2014-2016-cı illərdə satılmış 7670 maşına şail ediləcək.

«Geri çağırılmanın səbəbi kimi, avtomobillərin “V”-yivli kəmərində olan nasazlıq və onun əks itiqamətdə hərəkət zamanı öz oxuna toxunma ehtimalı göstərilir. Bu təmas digər hissələrdə vaxtından əvvəl aşınmaya səbəb ola və kəmərin qırılması ilə nəticələnə bilər.” - Rosstandarın məlumatında deyilir.

Avtomobilin “çağırışa” düşüb-düşməməsini VIN-kod vasitəsi ilə yoxlamaq olar. Bütün avtomobillərdə kəmər tensionerinin və yivli kəmərin dəyişilməsi pulsuz gerçəkləşəcək.