Bu gün BirKart və Pay Kart Taksit kartları barəsində olan araşdırmamızı təqdim edirik.
İlk öncə taksit kartları haqqında ümumi məlumat verək. Taksit kartı - bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.
Taksit kartları sizlərə Banklarla tərəfdaş olan ticarət / xidmət yerlərində mal və xidmətlərin dəyərini Taksit kartı ilə ödəmə imkanı təqdim edir. İstifadə edilən məbləğ faiz hesablanmadan (bəzi hallarda faizlə) Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya 12 aya ödənilir.
Taksit kartları ilə həmçinin bankların bankomatlarından müəyyən məbləğdə nağd pul çıxarmaq olar. İstifadə edilən məbləğ müəyyən komissiya ilə Banka bərabər hissələrlə bir neçə aya ödənilir.
Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər.
Keçək əsas araşdırma hissəsinə:
BirKart-18-67 yaşı, rəsmi gəliri, son iş yerində 6 aylıq iş təcrübəsi olan (Kapital Bank müştəriləri üçün 3 ay) və ya pensiya alan hər kəs BirKart əldə edə bilər.
|
Kartın adı |
Limit |
Kartın qiyməti |
Kartın müddəti |
Əmək haqqı tələbi |
|
|
5000 (AZN) |
Pulsuz |
60 ay |
100 AZN (min.) |
|
BirKart1 |
5000 (AZN) |
İllik 15 AZN |
36 ay |
100 AZN |
|
Bolkart2 |
- |
10 AZN |
60 ay |
185 AZN (min.) |
|
Smilecard |
300-1.000 AZN |
Pulsuz |
48 ay |
155 AZN (min.) |
|
Extra Card |
Ə/H-nın 3 misli |
15 AZN (min) |
36 ay |
250 AZN (min) |
|
Paykart |
500-3000 (AZN) |
Pulsuz |
60 ay |
600 AZN (min) |
|
Worldcard |
- |
Pulsuz |
60 ay |
300 AZN (min) |
| BirKart | Paykart | |
| Kartın Qiyməti (İllik) | 15 AZN | |
| Partnyorlarda komissiya | 0% |
0% |
| SMS İnfo qiyməti | Pulsuz |
Pulsuz |
|
Partnyor mağazalarda taksit müddəti |
18 ayadək | 12 ayadək |
|
Ödəniş tarixi |
40 günədək | ayın 1-10 |
