Rabitəbank cari ilin birinci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Bu barədə Banco.az portalı Bankın rəsmi saytına istinadən məlumat verir.
31.03.2015-ci il tarixinə Bankın cəmi aktivlərinin həcmi 1 il ərzində 19% yüksələrək 322325 min manat təşkil edib. Həmin dövr ərzində bankın kredit portfeli 23% artaraq 218288 min manat olub. Cəmi kapitalın həcmində isə 13% yüksəliş qeydə alınıb.
Balans Hesabatı | Create infographics
Cari ilin birinci rübü ərzində bankın faiz gəlirlərinin cəmi 9903 min manat, faiz xərclərinin cəmi isə 3369 min manat olub. Bankın qeyri faiz gəlirləri də artaraq 4639 min manat təşkil edib . Bankın qeyri faiz xərcləri isə birinci rüb üçün 499 min manat olub.
Mənfəət zərər hesabatı | Create infographics