Müəllif: Gülnar Əhmədli, Banco.az
Valyuta dövlətin pul sistemi və pul vahididir. 2022-ci ilin sonuna olan məlumata görə, dünyada istifadə olunan 180 valyuta var. Hazırda dünyada 195 müstəqil ölkə olsa da, bəzi ölkələr öz valyutalarından istifadə etmədikləri üçün valyutaların sayı daha azdır.
Banco.az xəbər verir ki, valyuta ölkə üçün çox vacibdir, çünki onlar ölkələrin müstəqilliyini simvolizə edən elementlərdən biridir. Eyni zamanda, pul vahidlərinin üzərindəki şəkillər və simvollar ölkələrin mədəniyyətlərinin də izlərini daşıyır. Buna görə də hər ölkənin özünəməxsus valyutası var.
Əksər ölkələrin istifadə etdiyi valyutalar isə bunlardır:
Avro - 35-ə yaxın müstəqil dövlətdə və xarici ərazilərdə istifadə edilir.
ABŞ dolları - ABŞ və digər 10 ölkə tərəfindən istifadə olunur.
Şərqi Karib dolları - 6 Karib hövzəsi ölkəsində valyuta kimi istifadə edilir.
Qərbi Afrika (CFA) frankı - 14 Afrika dövləti tərəfindən istifadə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!