Bankların bahar kampaniyaları | Banco.az

Bankların bahar kampaniyaları

1. AccessBank

Kampaniya çərçivəsində AccessBankdan “Nağd Kredit” tam komissiyasız təklif olunur. Kampaniya şərtlərinə əsasən minimal illik faiz dərəcəsi 18% təşkil edir. Müştərilər həmçinin 15 000 AZN-dək məbləği zaminsiz əldə edə bilərlər. Kreditin maksimal məbləği 30 000 AZN, maksimal müddəti isə 48 ay təşkil edir.

0-komissiya-access.jpg

2. AFB Bank

10-31 Mart tarixlərini əhatə kampaniya zamanı bankın bütün müştərilərinə nağd pul krediti daha sərfəli şərtlərlə təqdim olunacaq.

“Novruz” kampaniyası ərzində kredit götürən hər kəsə illik faiz dərəcəsinə 2,5% (minimum illik faiz dərəcəsi 15,5%-dən az olmamaq şərtilə) endirim ediləcək. Kampaniyanın şərtlərinə əsasən, 15000 manata qədər kredit üçün zamin tələb olunmur.

 Qeyd edək ki,  nağd pul krediti 48 aya qədər təklif edilir, kreditin maksimal məbləği  isə  20 000 AZN-dir.

3. Azər Türk Bank

ATB Bank bu bahar nağd krediti iş yeri və məvacibindən asılı olmayaraq rəsmi gəliri olan hər kəsə 15%-dən başlayaraq təklif edir.

Eləcə də, kampaniya çərçivəsində 37 aydan 48 ayadək kreditin aylıq ödənişini təyin edilən məbləğdə və vaxtda ödəyən müştərilər balansına 1.5% həcmində Cashback əldə edəcəklər!

Şərtlər:

  • Kreditin maksimum məbləği: 30 000 AZN
  • Zaminsiz kreditin maksimum məbləği: 15 000 AZN
  • Kreditin valyutası: AZN
  • Kreditin müddəti: 3 – 48 ay
  • Ödəniş şərti: Annuitet
  • Sığorta:  Tələb olunmur
  • Xidmət haqqı: 1% – 2%
  • İllik faiz dərəcələri:
Kreditin müddəti Kampaniya üzrə faiz dərəcəsi
12 ayadək 15%
24 ayadək 18%
36 ayadək 20%
48 ayadək 23%

Bundan əlavə, nağd kredit 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə 2 – 6 mart tarixlərində bütün xanımlar üçün komissiyasız rəsmiləşdiriləcəkdir.

Bundan başqa bank kartları ilə bağlı digər kampaniyası da vardır.

Bu bahar, may ayının sonunadək kredit kartı sifariş edən müştərilərə MC / VISA Gold kartı hədiyyə!

Bahar kampaniyası çərçivəsində, may ayının sonudadək müştərilər ATB Bankın debit kartlarını 50% endirimlə əldə edəcəklər!

Kartın növü Müddət Kampaniya
üzrə qiyməti
MC Debit 1 illik 4.5 AZN
2 illik 7.5 AZN
3 illik 10.5 AZN
VISA Classic 1 illik 7.5 AZN
2 illik 12.5 AZN
3 illik 17.5 AZN
MC Gold 1 illik 15 AZN
2 illik 22.5 AZN
3 illik 30 AZN
MC Platinum 1 illik 25 AZN
2 illik 37.5 AZN
3 illik 50 AZN
VISA Infinite 1 illik 125 AZN
2 illik 187.5 AZN
3 illik 250 AZN

4. BTB Bank

Bank BTB nağdsız əməliyyatlara üstünlük verən şəxslər üçün “Hər kəsə sərfəli kart” kampaniyasına start verir. Belə ki, kampaniya çərçivəsində müştərilər 1 illik Visa Classic kartlarını cəmi 5 AZN-ə əldə edəcəklər. Kartlar bütün müştərilərə heç bir məhdudiyyət qoyulmadan təqdim olunur.

Bank BTB-nin satış nöqtələrinə yaxınlaşmaqla vaxt itirmədən, sürətli və rahat şəkildə Visa Classic kartlarını əldə edə bilərsiniz. Kampaniya 11 Aprel 2020-ci il tarixinədək davam edəcək. 

5. Bank Respublika

Vəsaitlərini #dahaetibarlı və daha yüksək faiz təklif edən banka yerləşdirmək istəyənlər üçün sərfəli təklif var!

Ölkəmizin ən etibarlı banklarından biri olan Bank Respublika, qarşıdan gələn Novruz bayramı münasibətilə “NOVRUZ BONUSU” adlı depozit kampaniyasına start verir.

Belə ki, 31 mart 2020-ci il tarixinədək vəsaitlərini “Bank Respublika”da yerləşdirən və müddətin sonunda götürən müştərilərə əlavə +1%-dək BONUS hədiyyə ediləcək!

Qeyd edək ki, Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Bundan başqa “Bank Respublika”ya depozit yatırmaqla Siz nağd pula ehtiyacınız yarandığı zaman bankdan aşağı faizlə kredit də əldə edə biləcəksiniz.

6. Expressbank

Daim müştərilərinin istək və gözləntilərinə önəm verən Expressbank bu dəfə də onlar üçün yeni endirim kampaniyasına start verir.  

Belə ki, Expressbank Sizi düşünərək kredit müddəti və əmək haqqı məbləğindən asılı olmayaraq 30.000 AZN-dək nağd pul kreditini illik faiz dərəcəsi cəmi 16,5% ilə təklif edir. Üstəlik, kampaniya çərçivəsində güzəştli şərtlərlə krediti 12 və ya 24 aylıq deyil, hətta 36 ayadək rəsmiləşdirmək mümkündür. Faizlərin aşağı olması və kreditin 36 ayadək ödəniş müddəti müştərilərə aylıq ödənişlərini maliyyə sıxıntısı keçirmədən rahatlıqla ödəməyə imkan verəcək.

Tələsin, çünki endirimli faizlə kredit kampaniyası 30 noyabradək davam edəcək.

Nağd pul kreditindən faydalanmaq istəyən, lakin iş saatlarında banka yaxınlaşa bilməyən müştərilər şənbə günləri saat 10.00 - dan 15.00- dək Bakıda Nəsimi və Əhmədli, Sumqayıt şəhərindəki filial, bölgələrdə isə Gəncə, Mingəçevir və Bərdə şəhərlərindəki filiallarda kredit sifarişlərini rəsmiləşdirə bilərlər. Krediti həmçinin https://www.expressbank.az/loans/cash-loans onlayn sifariş etmək də mümkündür. 

Expressbank kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.

7. Günay Bank

Günay Bank vətəndaşlarımızın müraciət və təkliflərini nəzərə alaraq, bahar öncəsi inanılmaz bir kampaniyaya start vermişdir. Kampaniyanın şərtlərinə görə nağdsız əməliyyatlardan mütəmadi istifadə etmək niyyətində olan şəxslər  Bankdan 3 növ - MasterCard Standard, MasterCard Gold və MasterCard Platinum ödəniş kartlarını hədiyyə alacaqlar.

 

Nəzərinizə çatdırırıq ki, qeyd olunan kartlar müraciət edən vətəndaşlarımızın istəklərinə, əməliyyatlardan istifadə etmə tələblərinə və bank tərəfindən təklif olunan münasib şərtlərə əsasən pulsuz təqdim olunacaqdır.

 

Belə ki, müraciət edən istənilən şəxs ona təqdim olunmuş ödəniş kartına, həmin kartın əməliyyat dəyərinə və ekvivalentinə görə cədvəldə müəyyən olunmuş məbləği əlavə edərək onu hədiyyə qazanmış olur:

 

              kartın növü

1 illik

2 illik

3 illik

MasterCard    Standard

100 AZN/USD/EUR

200 AZN/USD/EUR

300 AZN/USD/EUR

MasterCard   Gold

200 AZN/USD/EUR

400 AZN/USD/EUR

600 AZN/USD/EUR

MasterCard    Platinum

300 AZN/USD/EUR

600 AZN/USD/EUR

900 AZN/USD/EUR

8. Kapital Bank

Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər, aksiya çərçivəsində hər 3000 manat kredit üçün, ayda cəmi 100 manat ödəniş edəcəklər.

Nağd pul kreditinin illik faiz dərəcəsi 20%-dən başlayır. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Aksiya 2 aprel 2020-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az.

Aksiya 2 aprel 2020-ci il tarixədək davam edəcək.

Novruz bayramı münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni digər kampaniya təqdim olunur. 2 aprel 2020-ci il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir.

Şərtlərə görə, BirKart-ın istənilən geyim, ayaqqabı, aksesuar, hədiyyə, parfümeriya və kosmetika partnyorları mağazalarında 100 manat və daha çox məbləğdə taksitli alış-veriş edən BirKart Taksit və BirKart Cashback sahibləri 5% cashback, BirKart Miles sahibləri isə 3 qat mil əldə edəcəklər. Üstəlik, kampaniya müddətində Bakcell istifadəçiləri Ulduzumdan 15 danışıq dəqiqəsi qazanacaqlar. 

2 aprel 2020-ci il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir.

9. Naxçıvan Bank

Novruz bayramı ərəfəsində bayram alış-verişinə hazırlaşan müştəriləri sərfəli “Novruz kampaniyası” ilə sevindiririk. Belə ki, Novruz bayramı münasibətilə təklif edilən kampaniya ərzində müraciət edən hərkəs heç bir komissiya və hesab xərci ödəmədən 25.000 AZN-dək məbləğdə istehlak krediti əldə edəcəkdir. Tələsin, fürsəti qaçırmayın! 

Kampaniya şərtləri:

İllik faiz dərəcəsi: 17%

Müddət: 36 ayadək

Maksimal kredit məbləği: 25.000 AZN

Komissiya xərci: 0%

Hesab açılma xərci: yoxdur.

Kampaniya müddəti: 16-20 Mart

Bank hesabı açmadan sərfəli tariflərlə Türkiyənin istənilən şəhərinə pul köçürmələri xidməti təklif edən UPT Transfer sistemi Novruz bayramına özəl  16 Mart - 16 May tarixləri arasında Azərbaycandan Türkiyəyə göndərilən pul köçürmələri üzrə tarifləri 0.9% endirdi. 

NOVRUZDA UPT-DƏN UCUZ YOLLA PUL GÖNDƏR, ENDİRİMDƏN YARARLAN! 

Qeyd edək ki, Bankımızın filiallarında müştərilər UPT (Universal Payment Transfer) təcili pul köçürmə sistemi vasitəsilə Türkiyəyə pul göndərə və ya ala bilərlər. UPT sisteminin Türkiyədə 14 000 xidmət məntəqəsi fəaliyyət göstərir.  UPT sisteminin əsas üstünlükləri:

  • Sürətli köçürmə; 
  • Sərfəli tariflər;
  • Təhlükəsizlik;
  • Rahat rəsmiləşdirmə qaydalar;
  • Bank hesabına köçürmək imkanı.

10. Yelo Bank (keçmiş Nikoil)

Bundan sonra aşağı faiz dərəcəsi ilə kredit deyəndə ağlınıza ilk olaraq Yelo Bank (keçmiş Nikoil Bank) gələcək. Çünki Yelo Bank faiz dərəcələrini kəskin endirdi!

Martın 31-dək maaşından asılı olmayaraq hər kəs 30 000 manatadək istehlak kreditlərini 1 illik 12.4% ilə götürmək imkanı əldə etdi. Kreditin komissiyası 0-3% arasında dəyişir.

Maaşı yüksək olan müştərilərimiz isə daha da aşağı faiz dərəcəsi ilə kredit götürə bilər.

Yelo Bank adlı şəxsin şəkli.

11. PAŞA Bank

PAŞA Bank Torpaq Çərşənbəsi və Novruz bayramının gəlişi münasibəti ilə Mart ayının sonunadək əməkhaqqı layihəsinə qoşulan müştərilər üçün 5% endirim elan edir.

Yalnız PAŞA Bankın Onlayn Platformasında bütün xidmətlərdən tamamilə onlayn rejimdə yararlana və kartların ünvana çatdırılmasını sifariş edə bilərsiniz.

12. Rabitəbank

Rabitəbank dan əla təkliflər ilə Novruz boxcanız dolu olsun! Bu bayram da sizə özəl təklifimiz var!

Bu kampaniya müddətində üç əla təklifdən birini seçərək rahat kredit əldə etmək olar.

- Komissiya və Sığorta xərci ödəmə

- Kreditini 15.9% ilə rahat əldə et

- 36 ay deyil tam 50 ay müddətinə krediti geri ödə

Kredit www.rabitabank.com saytı, Rabitabank Mobile, İnternet Bankçılıq xidməti və RabitaBot-dan habelə Azərbaycanın 16 regionu və Bakı şəhərində yerləşən 25 xidmət məntəqəsi vasitəsiylə sifariş edə bilərsiniz.