Azərbaycanın Bank sistemi və inkişaf mərhələləri | Banco.az

Azərbaycanın Bank sistemi və inkişaf mərhələləri

  • Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından, Maliyyə Bazarlarına Nəzarət orqanından və kredit təşkilatlarından (Banklar və BOKT-lar) ibarətdir.
  • Kredit təşkilatları hər hansı qərarlar qəbul edərəkən dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz.

Azərbaycanın Bank sisteminin ilkin inkişafı hələ XIX əsrin ikinci yarısından başlamışdır. Lakin Azərbaycan Respublikası bank sisteminin institusional və hüquqi quruculuğu 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli Bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunlarının qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulmuşdur.

Müstəqil Azərbaycan Respublikasının bank sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank sektoruna daxilolmanın azad şərtləri ilə müşaiyət olunmuşdur. 

Azərbaycanda bank sisteminin inkişaf mərhələsini 3 hissəyə ayırmaq olar;

1. Birinci mərhələ 1990-1992-ci illəri arasında Mərkəzi Bank (həmin dövrdə Milli Bank) sisteminin təşkil edilməyə başlanıldığı,

2. 1992-1994-cü illərdə hiper infilyasiya və qeyri sabit bir şəraitdə bank sisteminin inkişafı,

3. 1994-cü ildən sonrakı makro iqtisadi sabitliyin əldə edildiyi şəraitdə bank sisteminin inkişafına başlandığı mərhələ.