Инфо о вакансии:
“Brand Credit BOKT” MMC Bərdə filialına müdir vəzifəsinə işəqəbul elan edir.
Əsas vəzifə öhdəlikləri
- BOKT və Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin, BOKT-un Siyasətinin, təşkilatdaxili qayda, təlimat və prosedurların tələbləri əsas götürülməklə, filialın fəaliyyətinə ümumi rəhbərlik etmək;
- Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin düzgünlüyünə nəzarət etmək
- Yeni müştərilərin filiala cəlb olunmasını, yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil və təmin etmək ;
- Filialın mənfəətli işləməsini təmin etmək;;
- Filialda olan riskləri idarə etmək ;
- BOKT-un ümumi daxili iş rejiminə filialın riayət etməsini təmin etmək ;
- Müştəri xidməti işini Mərkəzi Bankın, bankdaxili təlimat və prosedurların tələblərinə müvafiq təşkil etmək, bütün müştərilərə bank biznes standartları daxilində yüksək keyfiyyətlə xidmət göstərilməsini təmin etmək;
- Filialda nağd və nağdsız əməliyyatların qanunvericiliyin və bankdaxili normativ sənədlərin tələblərinə uyğun aparılmasına daim nəzarət etmək;
- BOKT-un Kredit siyasətinin filialda həyata keçirilməsini təmin etmək;
- Problemli kreditlər yaranmasının qarşısının alınması üçün vaxtında bütün qabaqlayıcı tədbirlər görülməsini təmin etmək, görülmüş tədbirlərin nəticə vermədikdə, bu barədə Problemli Kreditlərlə iş şöbəsini məlumatlandırmaq;
Namizədə tələblər
- Ali iqtisadi təhsil
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Məntiqi düşünmək qabiliyyəti
- Məsuliyyətli, dəqiq və detallara diqqət etmək qabiliyyəti
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək
- Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı
- Komandada işləmək bacarığı
- Biznesi inkişaf etdirmə bacarığı;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- MS Office-dən istifadə bacarığı;
- Liderlik qabiliyyətinin olması.
- Yaş həddi 40 yaşa kimi
Əlaqə
Yuxarıdakı tələblərə uyğun namizədlər öz şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Компания:
“Brand Credit BOKT” MMC