10 faizədək güzəştli kredit | Banco.az

10 faizədək güzəştli kredit

“DəmirBank” “Güzəştli kredit” aksiyası çərçivəsində nağd pul krediti götürmək istəyən  müştərilərinə 10 faizədək güzəştli kredit təklif edir. Belə ki, aksiyanın şərtlərinə görə müştərilər 5000 AZN-dək nağd pul kreditini illik faiz dərəcəsində 10 faizədək endirimlə əldə edə bilərlər. Bununla yanaşı, askiyada DəmirTaksit kartı müştərilərə pulsuz təqdim edilir.

Qeyd edək ki, “Güzəştli kredit” aksiyası martın 31-dək davam edəcək.

 “DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.