Kapital Bank
Müştəri cəlbi üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri Kiçik və Orta sahibkarlarla iş departamenti, KOS satışlar şöbəsinə Müştəri cəlbi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Hədəf müştərilərini tapmaq (şəxsi müştəri bazasından və koordinasiya və analitika şöbəsi tərəfindən verilən siyahılar üzrə)
- Siyahıda olan müştərinin banka cəlb edilməsi istiqamətində zənglər aparmaq, görüşlər almaq və hər hansı bank məhsulu (bank hesabının açılması, bank dövriyəsi, biznes kart, kredit, faktorinq və s. ) üzərindən ilkin razılığı əldə etmək.
- Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək.
- Cəlb edilən müştərilərin Farmerlərə ötürülməsini təmin etmək
- Görülmüş işlərə dair hesabat vermək
Tələblər:
- Ali təhsil
- Səlis Azərbaycan (Rus dili üstünlük)
- Yüksək ünsiyyətqurma bacarığı
- Yüksək satış bacarığı
CV-lərinizi, mövzu hissəsində “Müştəri cəlbi üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.