Kiçik mütəxəssis | Banco.az

Kiçik mütəxəssis

Vakansiya haqqında məlumat: 

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Strategiya və investisiya departamenti / Strategiya və araşdırmalar şöbəsi

Vəzifə : Kiçik mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  02 iyul 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Statistik məlumatları yığmaq və hesabat formasında təqdim etmək;
2. Təqdimatlar hazırlamaq;
3. Cəmiyyətin strategiyasının hazırlanmasında iştirak etmək;
4. Cəmiyyətin strategiyasın yerinə yetirilməsi üçün zəruri məlumatları toplamaq və təhlil etmək;
5. Bazarı araşdırmaq.

Namizədə olan tələblər:

- İş təcrübəsi : Tələb olunmur;
- Təhsili/ixtisası : Riyaziyyat və ya Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur;
- Dil bilikləri : Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidir;
- Kompüter bilikləri : MS Office proqramlarından, xüsusilə Excel və Power Point proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları tələb olunur;
- Üstünlüklər : Maliyyə sektorunda iş təcrübəsi və ingilis dili biliyi üstünlükdür;
- Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, yazı qabiliyyəti, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Strategiya və araşdırmalar” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət: 
PASHA Life

Ən sərfəli krediti almaq üçün müraciət et