Mobil tətbiqlərin analitiki | Banco.az
Bank of Azerbaijan

Mobil tətbiqlərin analitiki

Vakansiya haqqında məlumat: 

Təsvir

Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;

Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;

Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;

Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;

Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;

Tələblər

Ali təhsil;

İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;

Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;

Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;

Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;

Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et