Vəzifə: Hüquq şöbəsinin müdiri
Əmək haqqı: Razılaşma ilə
Vəzifə öhdəlikləri: Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
İcraatda olan işlərlə bağlı hüquqi tədbirlərin görülməsi;
Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya,icraat) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
İş təcrübəsi: Rəhbər vəzifədə işləmiş, İdarəçilik qabiliyyəti və Bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
Kompyuter biliyi: Kompyuter proqramlarını bilməsi vacibdir.
Təhsili: Ali hüquqi
Namizədlər Cv-lərini mövzu hissədə vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.