Daxili nəzarət və risklərin idarə edilməsi departamentinin direktoru
Namizədlər üçün irəli sürülən tələblər:
Ali iqtisadi və ya biznes təhsili;
Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi;
Nəzarət edə bilmə qabiliyyəti;
Strateji düşünmə və analitik təhlil bacarığı;
Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı;
Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;
Liderlik keyfiyyətləri;
Problemi həlletmə bacarığı;
Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
MS Office proqramlarının bilikləri;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
- Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir.
- Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.
- Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir.
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işləri həyata keçirir.
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
- Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] ünvanına göndərəsiniz və ya ONLİNE CV -ni doldurasınız.
CV-ni göndərərkən email-ın mövzu hissəsində Daxili Nəzarət və Risklərin İdarə edilməsi departamentinin direktoru vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.