Bank Avrasiya | Banco.az

Bank Avrasiya

 

"Bank Avrasiya" ASC Azərbaycan bank sektoruna yeni addım atmış gənc bir qurum kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır.
"Bank Avrasiya" ASC əhaliyə və biznes qurumlarına hər növ bank xidmətləri təklif edir. Bizimlə əməkdaşlıq etməklə, Siz, kassa-hesablaşma əməliyyatları, inkassasiya, sənədli əməliyyatlar, müxtəlif növ əmanətlər, biznes və istehlak kreditləri, plastik kartlarla əməliyyatlar, bank seyflərinin icarəsi və s. bank xidmətlərində dayanıqlı yüksək keyfiyyətə şahid olacaqsınız. "Bank Avrasiya" ASC həmçinin "WesternUnion", "Contact", "Lider", "Monex" və "Caspian Money Transfer" kimi sürətli pulköçürmə sistemlərinə qoşulmuşdur. Mobil rabitə və kommunal ödənişlərin qəbulu da bankın göstərdiyi xidmətlərin sırasındadır.

"Bank Avrasiya" ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür:

  • Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007);
  • XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008);
  • Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008);
  • Bakı Banklararası Valyuta Birjası (iyun, 2008);
  • SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008);
  • AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008);
  • “MasterCard İnternational” beynəlxalq ödəniş sistemi (avqust, 2008);
  • Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009);
  • Azərbaycan İpoteka Fondu (may, 2009);
  • ARPA - Azərbaycan Risk Peşəkarları Assosiasiyası (yanvar, 2010);
  • “Visa İnternational” beynəlxalq ödəniş sistemi (sentyabr, 2013).

"Bank Avrasiya" ASC hər zaman öz müştərilərinə yaxın olmağa çalışır. Bankın inkişaf planında Respublikanın müxtəlif bölgələrində xidmət şəbəkəsinin yaradılması prioritet məqsədlərdən biridir. Belə ki, artıq Sumqayıt şəhərində 2009-cu ilin aprel ayından bankın ilk filialı fəaliyyət göstərməyə başlamışdır. 

Daha çox
Ünvan Bakı şəhəri, AZ1000, Nizami küçəsi, 112B
Telefon (012) 598 85 85
Filialı 2
Bankomatlar 14
Sayt www.bankavrasiya.az
E-poçt info@bankavrasiya.az
CEO Kərimov Rüfət Fuad oğlu
Rekvizitlər

Bankın tam adı: "Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyəti

Bankın qısa adı: "Bank Avrasiya" ASC

Hüquqi ünvan: Azərbaycan, Bakı şəhəri, AZ1000, Nizami küçəsi, 112B

Rekvizitlər: Azərbaycan Respublikası Mərkəzi Bankında
m/h(AZIPS) AZ48NABZ01350100000000072944
KOD  505129
VÖEN  1700792251
SWIFT  AVRAAZ22

Telefon: (+99412) 598 85 85

Faks: (+99412) 598 03 07

E-mail: info@bankavrasiya.az

Veb ünvan: www.bankavrasiya.az

Müəllif: Samir Abdullayev

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç