Kapital Bank
Alternativ Satış Kanalları Şöbəsinin Telemarketinq qrupunun mütəxəssisi
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Satış Kanalları Departamentinin Alternativ Satışlar Şöbəsinin Telemarketinq Qrupunun Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- İstehlak kreditləri və digər pərakəndə bank məhsulları ilə bağlı daxil olmuş sorğuları cavablandırmaq;
- Müraciətlərin ilkin təhlilini aparmaq və potensial müştəriləri müəyyən etmək;
- Potensial müştəriləri qiymətləndirmək və müştəriyə rəsmiləşdirilə biləcək kredit məbləğini hesablamaq;
- Potensial müştərilərin bankın filiallarına yönləndirilməsini təmin etmək;
- Müştərilərlə satış sonrası əlaqə yaratmaq və məmnuniyyət səviyyəsini müəyyən etmək;
- Qeyd olunan öhdəliklər üzrə Bankın müvafiq struktur bölmələri ilə əlaqələri koordinasiya etmək.
Tələblər
- Ali təhsil;
- Yüksək ünsiyyətqurma bacarığı;
- Dəqiqlik və operativlik;
- Analitik təfəkkürə sahib olma;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Fərdi və komanda tərkibində işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan və Rus dillərini bilmək;
- MS Office bilikləri.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin