Satış Kanalları Departamentinin TeleCollector Qrupunun Mütəxəssisi | Banco.az
Kapital Bank

Satış Kanalları Departamentinin TeleCollector Qrupunun Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Satış Kanalları Departamentinin TeleCollector Qrupunun Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Müştərilərə kredit ödənişlərinin tarixləri və məbləğləri ilə bağlı məlumatlandırıcı zənglərin edilməsi;
  • Zənglərin nəticələrinə əsasən Bankın əməliyyat proqramında müvafiq qeydlərin aparılması;
  • Müştərilərlə əlaqə zamanı qeyri standart hallar baş verdiyi halda birbaşa rəhbərin məlumatlandırılması;
  • Qeyd olunan proseslər üzrə Bankın müvafiq struktur bölmələri ilə əlaqələrin koordinasiya edilməsi.

Tələblər

  • Əla səviyyədə Azərbaycan və Rus dilli bilikləri;
  • Təzyiqə davamlılıq;
  • Məsuliyyətlilik;
  • Operativlik və dəqiqlik;
  • Analitik təfəkkürə malik olma;
  • Fərdi və komanda tərkibində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

Ən sərfəli krediti almaq üçün müraciət et