Borc qaytarma üzrə mütəxəssis | Banco.az
Azkredit

Borc qaytarma üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

VF AzərKredit hazırda Bərdə nümayəndəliyi üzrə Borc Qaytarma üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Region üzrə qaytarılmayan, silinmiş, yığım prosesində olan kreditlərlə iş, ödənişin təmin olunması üçün tədbirlər həyata keçirmək;
• Öz bacarıqları daxilində birbaşa Təşkilat tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin VF AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini VF AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• 25 yaşından yuxarı;
• Təhsil: ali və ya orta ixtisas;
• Müvafiq (və ya kreditləşmə) sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Kompüterdə MS Word proqramlarında işləmək;
• Sürücülük bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 31 avqust 2016-cı il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində Borc Qaytarma üzrə Mütəxəssis və filialı mütləq göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]  Fax: (+994 12) 597 30 39        www.azercredit.az

Ən sərfəli krediti almaq üçün müraciət et