VF AzerKredit | Banco.az

VF AzerKredit

 

Call center
(050) 287 30 37

VF AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə yaradılmışdır. 2002-ci ildə VF AzərKredit məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Azərbaycan Mərkəzi Bankının lisenziyasını almışdır. 

O vaxtdan bir çox şeylər dəyişsə də, VF AzərKredit təşkilatının baxışı insanlara daha yaxşı və dayanıqlı həyat tərzi yaratmaqda dəstəyin göstərilməsi olaraq qalmışdır. 

VF AzərKredit təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir. 

VF AzərKreditin əsas məqsədi hər zaman ənənəvi bank sistemi vasitəsilə maliyyə xidmətlərindən yararlana bilməyən insanlara kreditlərin verilməsi olmuşdur. Bu, VF AzərKreditin Azərbaycanın həm şəhər, həm də kənd ərazilərində işləməsi ilə yanaşı, əsas diqqətin bank sisteminin əhatə etmədiyi kənd ərazilərində xırda və kiçik sahibkarlara, həmçinin fərdi təsərrüfat sahiblərinə kredit imkanları təqdim etməklə onların rəsmi bank sisteminə çıxışının təminatına yönəldilməsini nəzərdə tutur. Hazırda isə VF AzərKredit güclü maliyyə təşkilatına çevrilərək yalnız kreditlər üzrə təmərküzləşmir, daha geniş mikromaliyyə istiqamətinə yönəlir. 

VF AzərKredit tərəfindən davamlı olaraq həyata keçirilən məhsul və prosedur təkmilləşdirmələri və yaradılan yeni məhsul və xidmətlər Azərbaycanın mikromaliyyə sektoruna yeniliklər gətirmiş və ehtiyacları daima öyrənilən və biznes proseslərində nəzərə alınan müştərilər üçün yeni imkanlar açmışdır. 

VF AzərKredit hədəf müştərilərinə aşağıdakı kredit məhsullarını təklif edir:

  • Birbaşa olaraq müştərilərin bizneslərini dəstəkləmək məqsədi ilə həm fərdi borcalanlara, həm də həmrəy qruplara verilən mikro və kiçik biznes kreditləri, o cümlədən kənd təsərrüfatı kreditləri: Qrup Biznes və Qrup Kənd Təsərrüfatı Kreditləri, Fərdi Biznes və Kənd Təsərrüfatı Mikro Kreditləri, Fərdi Biznes və Kənd Təsərrüfatı Kiçik Kreditləri;
  • Məişət əşyaları, mebel və sair ev avadanlıqlarının alınması üçün verilən istehlak kreditləri;
  • Təhsil almaq, ev tikmək və ya təmir etmək, turistik səyahətə getmək, tibbi yardım almaq, toy və ya nişan mərasimi keçirmək və s. məqsədlə verilən ailə kreditləri.

VF AzərKreditin 19 ofisi fəaliyyət göstərir ki, bunlardan 16-sı digər ərazilərlə müqayisədə maliyyə xidmətləri ilə kifayət qədər təmin olunmayan kənd ərazilərinə xidmət edir. 

Təşkilatın aktiv müştərilərinin sayı 35,000 nəfərə yaxın, kredit portfelinin həcmi isə 40 milyon manat civarındadır. 

Təşkilat Strateji Planının bir hissəsi olaraq, həm maliyyə, həm də sosial məqsədlərin dəstəklənməsinə xidmət edən sosial fəaliyyətin idarəolunması sisteminin inkişafına müntəzəm olaraq sərmayə qoymaqda davam edir. 

Fəaliyyətinin ətraf mühitə birbaşa və dolayı təsirinin olduğunu anlayaraq, VF AzərKredit həyata keçirdiyi əməliyyatların ekoloji təhlükəsizliyini və dayanıqlığını təmin etmək, qərarvermə prosesində ətraf mühitlə bağlı məsələlərin nəzərə alınmasını dəstəkləmək və həm təşkilat daxilində, həm də təşkilatdan kənarda ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq etmək üçün Ətraf Mühit Siyasətini qəbul etmiş və həyata keçirir. 

VF AzərKredit müştəri xidmətlərinin təkmilləşdirilməsi istiqamətində davamlı olaraq çalışır. Bu istiqamətdə atılan ilkin addım müştərilərin təklif və şikayətlərinin toplanması üçün etibarlı bir rəy toplama sisteminin yaradılması olmuşdur. Təkmil Müştəri Xidmətləri Standartlarını həyata keçirmək, Müştəri Mühafizəsi Sertifikasiyasından keçmək, loyal müştərilərin qiymətləndirilməsini təşkil etmək və s. atılmış növbəti addımlardır. Müştəri Əlaqələrinin İdarə Edilməsi gələcək perspektivdə də diqqət mərkəzində olacaq əsas məsələlərdən biridir. 

2008-ci ildə:

  • VF AzərKredit Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində Sosial Audit prosesindən keçməklə pilot iştirakına görə fərqlənmə sertifikatı ilə mükafatlandırılmışdır;
  • Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən mikromaliyyə bazarında ən uğurlu icma təsirinə nail olmuş mikromaliyyə təşkilatı kimi "Azərbaycanda Ən Yaxşı İcma Təsirinə Nail Olmuş Təşkilat" nominasiyası üzrə mükafatlandırılmışdır;
  • Mikromaliyyə Məlumat Mübadiləsi (MİX) təşkilatı tərəfindən Təşəkkür Sertifikatı almış və portfelinin keyfiyyəti görə xüsusi siyahıda 66-cı yeri tutmuşdur;
  • 2008-ci ilin göstəricilərinə görə ”VFİ (VF İnternational) Green” tərəfindən ”Qabaqcıl fəaliyyət” sertifikatına layiq görülmüşdür.

2009-cu ildə:

  • VF AzərKredit Mikrofinanza Reytinq şirkəti tərəfindən maliyyə və sosial reytinqdən keçmişdir. Bununla da VF AzərKredit Azərbaycanda sosial reytinqdən keçən ilk təşkilat olmuşdur;
  • VF AzərKredit böyük dördlüyə daxil olan audit şirkəti tərəfindən audit yoxlamasından keçərək, müfəssəl rəy almışdır ki, bu da bir mikromaliyyə təşkilatı üçün həqiqətən də bir nailiyyətdir;
  • Fəaliyyətimiz CGAP, Ford Fondu və Mişel və Susan Dell Fondu tərəfindən MİX təşkilatına sosial indikatorlarımız üzrə verdiyimiz hesabata görə Gümüşü Sertifikata layiq görülməyimiz vasitəsilə mikromaliyyə sektoru tərəfindən yüksək səviyyədə tanınmış olduq;
  • VF AzərKredit MFC (Mikromaliyyə Mərkəzi) tərəfindən MFC Keyfiyyət Auditi Alətindən istifadə etməklə Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində pilot iştirakına görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür;
  • "MF Transparency" VF AzərKrediti Azərbaycan mikromaliyyə sektorunda şəffaf qiymətqoyma siyasəti sahəsində lider mikromaliyyə təşkilatı kimi tanımışdır.

2010-cu ildə:

  • 26 may 2010-cu il tarixdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mikromaliyyə Mərkəzinin konfransında VF AzərKredit Sosial Fəaliyyət Hesabatlılığı üzrə Mükafat Komitəsi tərəfindən Sosial Fəaliyyət Hesabatlılığına görə Qızıl Mükafata layiq görülmüşdür;
  • Oktyabr ayında "Azərbaycanda Məsuliyyətli Mikromaliyyə" mövzusunda təşkil olunmuş 5-ci mikromaliyyə konfransında VF AzərKredit AMA tərəfindən “İlin Ən Yaxşı Üzvü - 2010" nominasiyası ilə mükafatlandırılmışdır.

2011-ci ildə:

  • VF AzərKredit Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən “SMART Kampaniyasının Müştəri Mühafizəsi üzrə 4-cü Prinsip: Etik İşçi Davranışı Prinsipini uğurla icra edən ən yaxşı üzv” mükafatına layiq görülmüşdür;
  • CGAP, Ford Fondu və Mişel və Susan Dell Fondu MİX təşkilatı ilə birlikdə VF AzərKrediti Sosial Fəaliyyət Hesabatlılığı üzrə Platin Mükafata layiq görülmüşdür. Platin Mükafat 2011-ci ildə MİX tərəfindən ən yüksək mükafat kimi təsis edilmişdir.

2012-ci ildə:

  • Azərbaycan Mikromaliyyə Assosiasiyasının 27 yanvar 2012-ci il tarixində keçirilən 5-ci İllik Təltif Şam Ziyafətində VF AzərKredit "Mikromaliyyə sektorunda xidmətlərin şəffaflığını təşviq edən təşkilat" mükafatına layiq görülmüşdür;
  • MF Transparency VF AzərKreditə verilmiş Şəffaflıq Möhürünü aprel 2012 – aprel 2013 tarixinə yeniləmişdir;
  • VF AzərKredit MFC-nin (Mikromaliyyə Mərkəzinin) 28-30 may tarixlərində Tbilisidə keçirilmiş illik konfransında MFC və Smart Kampaniyasının “Şikayətlərin Həlli Mexanizmləri üzrə Yaxşı Təcrübə” mükafatına layiq görülmüşdür.

2013-cü ildə:

  • VF AzərKredit İngiltərənin nüfuzlu Beynəlxalq Maliyyə Jurnalının (International Finance Magazine) “Maliyyə Mükafatları – Azərbaycan 2013” nominasiyası üzrə təsis etdiyi “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür;
  • VF AzərKredit mikromaliyyənin təsirlərini nümunəvi şəkildə ictimaiyyətə çatdırdığına görə VF İnternational tərəfindən keçirilən “Səsimi Eşit” müsabiqəsinin 2-ci turunun qalibi olmuşdur;
  • Mikrokredit Sammiti Kampaniyası (Microcredit Summit Campaign) tərəfindən Kampaniyanın aktiv üzvü olduğuna görə “Təşəkkür Sertifikatı” ilə təltif olunmuşdur.

2014-cü ildə:

  • İl AMFA tərəfindən təşkil olunmuş İllik Təltif Ziyafətində təqdim olunmuş “İnnovativ Texnologiyalardan Effektiv İstifadə” mükafatı ilə başladı ki, bu da VF AzərKreditin son illər öz məhsullarının və xidmətlərinin təkmilləşdirilməsində innovativ texnologiyalardan istifadəsinin nəticəsi idi;
  • İllik Təltif Ziyafətində VF AzərKreditə təqdim olunmuş ikinci mükafat isə AYİB, AMFA və Frankfurt Maliyyə və Menecment Məktəbinin birgə təsis etdiyi “Gender Bərabərliyi” mükafatı oldu.
  • Müştərilər və işçiyə yanaşma baxımından şəffaflıq və məsuliyyətli maliyyələşdirmə siyasəti tətbiq etdiyi üçün MİX təşkilatı tərəfindən S.T.AR. sertifikatı ilə təltif edilmişdir;
  • Təkmil müştəri mühafizəsi təcrübələrinin formalaşdırılması üzrə qlobal təşəbbüs kimi yaradılmış Smart Kampaniyası tərəfindən Qafqazda il dəfə olaraq “Müştəri Mühafizəsi Sertifikatı” na layi görülmüşdür.

2015-ci ildə:

  • AMFA 2015 İllik Təltif Şam Ziyafətində “İnsan Resurslarının İnkişafı üzrə Qabaqcıl Təcrübə” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
  • Mikromaliyyə Mərkəzinin (MFC) 18-ci İllik Konfransında müştəri mühafizəsi standartlarının tətbiqini təmin etmək və maliyyə savadlılığını artırmaq məqsədi ilə keçirilmiş beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasının təşkilində və həyata keçirilməsində müstəsna səylərinə görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür.

2016-cı ildə:

  • Mikromaliyyə Mərkəzinin (MFC) 19-cu İllik Konfransında beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasının təşkilində və həyata keçirilməsində davamlı səylərinə görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür.

2017-ci ildə:

  • Mikromaliyyə Mərkəzinin (MFC) 20-ci İllik Konfransında beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasına verdiyi töhfələrə görə müvafiq Qiymətləndirmə Sertifikatına liayiq görülmüşdür.

VF AzərKreditin Azərbaycan mikromaliyyə bazarında liderliyi və daxili sistemlərini fəal surətdə təkmilləşdirilməsi təşkilatın gələcək inkişafı və yaxın illərdə əsas məqsəd olan daha da çox kənd və ucqar ərazilərdə fəaliyyətini genişləndirməsi üçün əlverişli mühit yaradır. 

Daha çox
Ünvan World Business Center, 3-cü mərtəbə, S. Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, 309-cu məhəllə, Bakı
Telefon (+994 12) 597 48 17; (+994 12) 597 48 18
Filialı 2
Sayt www.azercredit.az
E-poçt azercredit@azercredit.az
CEO Liliana Spasoyeviç
Müəllif: Islamov Farid

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç