Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi | Banco.az
Bank BTB

Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi

 İş barədə məlumat:

  • Bаnkda kargüzarlıq işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasına nəzarət;
  • Banka daxil olan və bankdan göndərilən məktub və sənədləri müvafiq jurnallarda qeydiyyatdan keçirmə;
  • Bankın xüsusi yaradılmış elektron poçtuna daxil olan  materiallara nəzarət edir və onlar haqqında rəhbərliyə məlumat vermək;
  • Bankdan çıxan məktubların qeydiyyatını aparmaq və  blank üzərində çap etmək;
  • Bankın Baş ofisinin və filialları arasında sənəd dövriyyəsinin, təşkili, həyata keçirilməsi və nəzarət;
  • Bankın Baş ofisinin və filiallarının kargüzarlıq işinə nəzarət;
  •  Bankın fəaliyyəti ilə bağlı bütün əmrlərinin hazırlanması və icrasına nəzarət.
  • Departamentdə saxlanılan sənədlərin  istifadəsinin təmin edilməsi, sənədlərin surətinin və sənədlərdən çıxarışların verilməsi;
  • Bankda işlənib hazırlanan sənədlərin (Siyasətlərin, Əsasnamələrin, Təlimatların və sairə) qeydiyyatı, saxlanılması və istifadəsinin təmin edilməsi
  • Departamentin Əsasnaməsində nəzərdə tutulan digər səlahiyyətlərin və departament rəhbəri, şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:

  • ali təhsil;
  • bank sahəsində 2-3 il iş təcrübəsi;
  • kargüzarlıq və sənəd dövriyyəsi sahəsində peşəkarlıq qabiliyyəti olan;
  • Azərbaycan və rus dillərini (yazılış, danışıq) yüksək bilik səviyyəsinə malik olan;
  • rəsmi yazışma qaydalarında təcrübəsi olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et