Baş Ofisi üçün Məhsul üzrə Menecer | Banco.az
FINCA Azerbaijan

Baş Ofisi üçün Məhsul üzrə Menecer

Vakansiya haqqında məlumat: 

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün Məhsul üzrə Menecer vəzifəsinə axtarış elan edir. Məhsul üzrə Menecer (MM) yeni məhsulların hazırlanmasına və mövcud məhsulların nəzərdən keçirilməsinə, eləcə də məhsulların səmərəliliyinə nəzarət etmək və bununla əlaqədar hesabat verməyə məsuldur. MM həmçinin kreditvermə proseslərinin müntəzəm dəyərləndirilməsini keçirməyə və təkmilləşdirilməsinə dair təkliflər verməyə görə də məsuliyyət daşıyır. O, yeni məhsulların və proseslərin tətbiq edilməsində Baş Əməliyyat Rəhbərinə dəstək verir. MM həmçinin əməliyyat şöbəsi nəzdində müxtəlif layihələrin icrasına cəlb edilir. Baş Əməliyyat Rəhbərinin tabeçiliyi altında işləyir.

Vəzifə öhdəlikləri:

  • Yerli bank və mikro maliyyə bazarındakı inkişafı müntəzəm monitorinq etmək;
  • Marketinq şöbəsinin köməkliyi ilə əsas rəqib müəssisələrin məhsullarına dair yenilənmiş məlumatları toplamaq;
  • Marketinq şöbəsinin köməkliyi ilə əsas rəqib müəssisələrin kreditvermə proseslərinə dair yenilənmiş məlumatları toplamaq;
  • BƏR ilə birlikdə kredit məhsullarının dəyişdirilməsi və yaradılmasına olan ehtiyacları müəyyən etmək;
  • Məhsulu real bazar şəraitində yoxlamaq və tədricən məhsulun satışını genişləndirmək;
  • Məhsulun yaradılması prosesinin ilkin mərhələsində və sonrakı dövrlərdə bütövlükdə təşkilatın iştirakını, marağını təşviq etmək;
  • Marketinq şöbəsi ilə birlikdə məhsulun təşviqat kompaniyasının təşkilində iştirak etmək;
  • Kredit məhsullarının qəbul edilməsində işçilərə yardım etmək;
  • Müəyyən göstəricilər əsasında kredit məhsullarının səmərəliliyini müəyyən etmək;
  • Məhsulların gəlirliliyini maliyyə şöbəsi ilə birlikdə izləmək;
  • Müntəzəm olaraq əməliyyatlarla bağlı təkmilləşdirilməli sahələri müəyyən etmək və dəyişikliklərin keçirilməsinə rəhbərlik etmək;
  • Məhsulun effektiv satışı üçün işçilərə zəruri təlimləndirmə və həvəsləndirmənin olmasını təmin etmək;
  • Əməliyyatlarla bağlı digər layihələrdə iştirak etmək;
  • Yeni ideyaların həyata keçirilməsində BƏR-ə yardımçı olmaq.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

  • İqtisadiyyat üzrə ali təhsil. Maliyyə, biznes yaxud iqtisadiyyat üzrə magistr dərəcəsinin olmasına üstünlük verilir;
  • Bank və /və ya maliyyə institutlarında orta və ali rəhbər vəzifələrdə geniş təcrübəyə malik olmaq;
  • Kreditvermə üzrə yüksək bilik. Bank sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Təlim və təqdimat hazırlamaq və keçirmək bacarığı;
  • Maliyyə təşkilatının filial və bölmələrini idarə etmək bacarığı;
  • Əla hesabat yazmaq bacarığı;
  • Yaxşı analitik və təşkilati bacarıqlar;
  • Əla ünsiyyət bacarığı;
  • Yüksək kompüter bilikləri;
  • Azərbaycan dilində səlis danışmaq. İngilis yaxud rus dillərindən hər hansı birində səlis danışmaq tələb olunur.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  5 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№856/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Bakı şəhəri, C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

“FINCA Azerbaijan” is looking for Product Manager (PM) for its Head Office.

PM is responsible for development of new and revision of existing products, as well as for monitoring of product performances and reporting on this. PM is also responsible for regular evaluation of lending processes and proposing improvements. S/he is responsible to assist COO in rolling out new products and procesess.  PM is also involved in various projects within operations department.

Major Activities:

  • Collecting up to date information on the products profile of major competitors with the help of Marketing Department;
  • Collecting up to date information on the lending processes of major competitors with the help of Marketing Department;
  • Regular monitoring of the developments in the local banking and micro finance markets;
  • Determining needs for change and development of a loan products together with COO;
  • To test a product in real market conditions and gradually expand product supply/sale;
  • To promote participation, interest of whole organization at the initial stage and later for the entire product development process;
  • Participation in development of the product promotion campaign together with marketing department Assisting employees during adoption of loan products;
  • Determining through certain indicators the efficiency of loan products;
  • To track profitability of products together with finance department;
  • Determine needs for operational process improvements on a regular basis and lead the changes;
  • To ensure necessary trainings and incentives for personnel for the purpose of effective sale and distribution of a product;
  • Participation in other projects on operational activities;
  • To assist the COO in realization of new ideas.     

REQUIRED QUALIFICATIONS:

  • Higher degree in economics. Preferably: master degree in finance, business or economics.
  • Extended work experience in middle and/or senior management positions in banks and/or MFIs.
  • Excellent knowledge in lending. Banking experience is appreciated.
  • Ability to develop and conduct trainings and presentations
  • Ability to manage branches and divisions of financial organizations.
  • Excellent report writing skills.
  • Good analytical and organizational skills.   
  • Excellent communication, interpersonal skills.
  • High computer literacy.
  • Fluency in Azeri. Fluency in one of Russian or English languages is required.

“FINCA Azerbaijan” offers a creative work environment, career opportunities and competitive compensation package with the financial services industry.

If you meet the requirements above and are confident that your background and experience qualifies you for this position, please e-mail your detailed CV to [email protected] address indicating job reference number №856/14 and ‘PM’ the subject line of your email. Otherwise applications may be overlooked.

Deadline for applications is 5th  January 2015

Assdress: Baku, 44, J.Jabbarli Street, Caspian Plaza 8th floor, Fax: (99 412) 596 33 87

Ən sərfəli krediti almaq üçün müraciət et