Maliyyə Nəzarəti Departamentində Hesabatlıq və Təhlil şöbəsinin müdiri | Banco.az

Maliyyə Nəzarəti Departamentində Hesabatlıq və Təhlil şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 
  • Bankın beynəlxalq mühasibatlıq standartlarına uyğun maliyyə hesabatlarının hazırlanması və investorlara təqdim edilməsinə nəzarət etmək;
  • Bankın beynəlxalq mühasibatlıq standartlarına uyğun maliyyə göstəricilərinin hesablanması və investorlara təqdim edilməsinə nəzarət etmək;
  • Beynəlxalq standartlara uyğun düzəlişlərin verilməsi və Bankın konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək;
  • Audit yoxlamasının təşkili və müvafiq sənəd və dəlillərin təqdim edilməsi ilə audit hesabatının təsdiq edilməsinə nəzarət etmək;
  • Bankın beynəlxalq mühasibatlıq standartlarına uyğun maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
  • Maliyyə vəziyyəti, mənfəət-zərər və pul hərəkəti haqqında hesabatlarının hazırlanmasını təmin etmək;
  • Beynəlxalq kredit təşkilatlarına və reytinq şirkətlərinə müxtəlif hesabatların hazırlanmasına nəzarət etmək;
  • Prudensial hesabatları və tələb olunan digər hesabatların tərtib və təqdim edilməsinə nəzarət etmək;
  • Rəhbərliyə və daxili istifadəçilərə idarəetmə hesabatların hazırlanmasına nəzarət etmək;
  • Mərkəzi Banka gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasına nəzarət etmək;
  • Statistik hesabatların hazırlanmasına nəzarət etmək;
  • Bankdaxili qaydalar və prosedurların hazırlanmasına nəzarət etmək;
  • SAP sistemində FA, AFFI, FA AA modullarının funksiyalarına nəzarət etmək;
  • SAP Treasury modulunun fəaliyyətinin və mühasibatlıq ilə inteqrasiyasına nəzarət etmək.

 Namizədə Tələblər

  • İqtisadiyyat, biznes iradəçiliyi və ya menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
  • Maliyyə menecmenti, audit, mühasibatlıq sahələrində minimum 5 il və idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • ACCA, CIMA, CPA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
  • Azərbaycan, Rus və İngilis dilləridə əla səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
  • Kommersiya və biznes yönümlü düşüncə tərzinə sahib olmaq;
  • Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
  • Yüksək səviyyədə idarəetmə bacarığına sahib olmaq;
  • Sürətli, lakin səmərrəli qərarvermə qabiliyyətinə sahib olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hesabatlıq və Təhlil şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et